Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda əhalinin pulsuz tibbi müayinəsi keçirilir

31 mart 2016 | 11:00

Prezident İlham Əliyevin 2016-cı il fevralın 15-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı Ağdam rayon İcra Hakimiyyətində operativ tədbirlər görülür.
Bununla bağlı idarə, müəssisə, təşkilat və səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib.
Hazırda rayon ərazisində yaşayan 100 minə yaxın əhalinin yerlərdəki sahə xəstəxanalarında və rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilməsinə başlanılıb. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar. Bu günə kimi 48 yaşayış məntəqəsi üzrə müayinəyə cəlb ediləcək ümumilikdə 68914 nəfər əhalinin 30257 nəfəri müayinədən keçirilmiş, onlardan 754 nəfəri ambulator, 41 nəfəri stasionar, 42 nəfəri isə Bakı şəhərinə göndərilmişdir.
Sağlamlıq aksiyası mayın 2-dək davam edəcək.

Keçidlər