Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda suvarma suyuna olan təlabat ödənilir

15 fevral 2016 | 11:00

Bölgələrdə əkinçilik mövsümünün başlaması kəndliləri əkin sahələrində iş başına toplayıb. Artıq dənli və yem bitkilərinin səpini çoxdan başa çatsa da, bəzi tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin səpininə hazırlıq işləri aparılır. Ağdamlı əkinçilərin dediklərinə görə, məhsuldarlığın bol olmasında rolu olan bir çox amillər var ki, bunlardan da ən başlıcası suvarma suyunun bol olmasıdır. Rayon ərazisindəki əkin sahələri əsasən artezian quyuları, kəhrizlər və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış su nasoslarından əldə edilən sular vasitəsi ilə suvarılır. Ancaq əkin sahələrinin yerləşdiyi ərazilərdən asılı olaraq, suvarmada ən böyük yük artezian quyularının üzərinə düşür. Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin etmək məqsədi ilə təkcə ötən il 20 ədəd artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda isə 9 artezian quyusunun istifadəyə hazırlanması istiqamətində işlər aparılır.
Hazırda rayon ərazisində 794 artezian quyusu fəaliyyət göstərir. 35 min 300 hektar ərazinin suvarılmasında kəhrizlər və nasoslardanda istifadə olunur. Lakin suvarılan torpaqların böyük əksəriyyəti yerləşdiyi ərazilərdən asılı olaraq artezianlarla suvarılır. Bu isə işin məsuliyyətini bir qədər artırır. Çünkü bəzi hallarda artezianlarda texniki nasazlıqlar əmələ gəlir. Bütün bunlara baxmayaraq çalışılır ki, əhalinin suvarma suyuna olan təlabatı tam ödənilsin.
Qeyd edək ki, 2016-cı il ərzində 13984 hektar taxıl sahəsinin suvarılmasının həyata keçirlib. Bundan başqa rayonda ümumilikdə şəkər çuğunduru və pambıq məhsulu əkiləcək 600 hektardan çox ərazilərin arat suyu ilə təmin edilib.

Keçidlər