Şriftin ölçüsü :

Saytın rəngi :

27.09.2024-cü il tarixdə Ağdam rayonunda 27 Sentyabr- Anım Günü qeyd edilib

27 sentyabr 2024 | 18:42
27 sentyabr 2024-cü il tarixdə Ağdamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Şəhidlər Abidə Kompleksində baş tutan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük şanlı Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Zəfərə imza atmasından, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan ordusunun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən bəhs ediblər.
Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxumuşlar. Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onlara ehtiramlarını göstərmişlər.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər