Ağdamda xeyriyyə tədbiri keçirilmişdir
27 oktyabr 2012 | 10:00
Müqəddəs Qurban bayramı ilə əlaqədar Ağdam rayonunda xeyriyyə tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bayram münasibətilə qoyunlar kəsilərək, rayon ərazisində və Bakı şəhərlərində məskunlaşan 840 Qarabağ müharibəsi əlili, şəhid və imkansız ağdamlı məcburi köçkün ailəsinə qurban payları göndərilmişdir.