27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Sadıqov Elgün Heydər oğlunun ailəsini ziyarət edib
26 sentyabr 2026 | 18:03
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsi şəhidi Sadıqov Elgün Heydər oğlunun ailəsini yaşadıqları Sarıçoban kəndində ziyarət edib. Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Şəhidin anası Sadıqova Şəndənin səhhəti barədə məlumat alınıb, onun vəziyyəti ilə yaxından maraqlanılıb.
RİH başçısı Vaqif Həsənov Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulayaraq şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






