Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2023-cü il tarixdə Ağdam rayonunda 27 Sentyabr- Anım Günü qeyd edilib

27 sentyabr 2023 | 18:10
27 sentyabr 2023-ci il tarixdə Ağdamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Şəhidlər Abidə Kompleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana qarşı olan torpaq iddialarından, müxtəlif zamanlarda dövlətçiliyimizə və ərazi bötövlüyümüzə ciddi təhlükə yaradan hərbi təxribatlardan, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük şanlı Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Zəfərə imza atmasından, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan ordusunun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərkisilah edilməsindən bəhs etdilər.
Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxumuş, Bayraq Meydanında Şəhidlərin xatirəsinə ağaclar əkmişlər. Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onlara ehtiramlarını göstərmişlər.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər