Şriftin ölçüsü :

Saytın rəngi :

27 oktyabrda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid anası ilə görüşüb

27 oktyabr 2026 | 17:06
27 oktyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov RİH-in inzibati binasında Birinci Qarabağ müharibəsi şəhidi Sadiq Hümbətovun anası Elza Vəliyeva ilə görüşüb. Görüş zamanı RİH başçısı Elza Vəliyevanın problem və qayğıları ilə maraqlanıb, onun müraciətlərini dinləyib. Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Vaqif Həsənov şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, onların sosial rifahının yaxşılaşdırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və müraciətlərinin operativ şəkildə araşdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirib.
Elza Vəliyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Keçidlər