Ağdamda növbəti ümumrayon iməcliyi keçirilmişdir
Ağdam rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təmizlənməsi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etdirilir.
Ağdam rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon icra hakimiyyətinin, təsərrüfat və digər xidmət kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 300 nəfərin iştirakı ilə keçirilmişdir.
İməclik zamanı əkilmiş ağaclara qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarılmasına xüsusi fikir verilmişdir.
Rayon ərazisində Heydər Əliyev prospekti boyunca olan ərazidə, bundan başaq Bayraq Meydanı ətrafında, Quzanlı Xındırıstan avtomobil yolu kənarında və digər yerlərdə görülən işlər bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Ağdam rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
İlin sonuna kimi Ağdam rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.