Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 2 fevral Gənclər günü qeyd edilib

01 fevral 2016 | 11:00

Ağdam   rayonunun   Quzanlı   qəsəbəsində   2  fevral   Azərbaycan   Gəncləri  günü   münasibətilə  “Bayramınız  mübarək  əziz  gənclər”!  adlı   təntənəli   tədbir  keçirilmişdir.
Tədbirdən   öncə rayonun  bir  qrup   fəal   gəncinin  iştirakı  ilə   Ulu  Öndərin  Quzanlı  qəsəbəsindəki   abidəsi   ziyarət  olunub
    Tədbirin   keçirilməsində  məqsəd  gənclərlə bağlı  görülən   işlər   haqqında  rayon  ictimaiyyətini  və  gəncləri məlumatlandırmaq,   fəal   yeniyetmə  və  gəncləri  stimullaşdırmaq  üçün  onları  təltif  etmək,  mənəvi  inkişaflarına   şərait  yaratmaq,  habelə  asudə  vaxtlarının  səmərəli   təşkilini   təmin  etməkdən  ibarətdir. 
   .
    Tədbirdə  rayon  Gənclər   və  İdman  idarəsinin   rəisi  hesabat  məruzəsi  ilə  çıxış  etmişdir. Sonra   məruzə  ətrafında   çıxışlar   olmuşdur.  Ağdam  rayon  İcra  Hakimiyyətinin  Başçısının   müavini    cənab  Ağa   Zeynalov   gəncləri   rayon  İcra   Hakimiyyətinin   Başçısı   cənab  Raqub  Məmmədov   adından    təbrik  edib.  Daha  sonra  Yeni  Azərbaycan  Partiyası  sıralarına  yeni  qəbul  olunan gənclərə  partiya  vəsiqələri  verilmiş,  rayonun  ictimai-mədəni  həyatında  fəal  olan bir  qrup   yeniyetmə  və  gənc  fəxri  fərman  ilə  təltif  olunmuşdur.  Sonda  rayon  gəncləri  adından  Azərbaycan  Respublikasının  Prezidenti   cənab  İlham  Əliyevə   müraciət  ünvanlanmışdır.

Keçidlər