Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 135 saylı köçkün qəsəbə orta məktəbində 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

18 yanvar 2016 | 11:00

Ağdam rayonunda Yeni İmamqulubəyli köçkün qəsəbəsində yerləşən 135 saylı orta məktəbdə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Anım Tədbirində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, rayonun hüquq mühavizə orqanlarinin rəhbərləri , Təhsil Şöbəsinin əməkdaşları iştirak edib. Keçirilən anım tədbirində çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nəı keçən gecə rus hərbi birləşmələrinin Azərbaycana onun paytaxtı olan Bakı şəhərinə hücumundan bəhs ediblər. Qeyd ediblər ki, məhz həmin gün imperiya rəhbərliyinin tapşırığı ilə Bakıya daxil olan  rus ordusu Azərbaycanlıların azadlıq səsini boğmağa çalışmış ancaq müsdəqillik uğrunda canından keçməyə hazır olan xalqın bu isdəyini məhv edə bilməyiblər. Sonra məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya göstərildi. Tədbirin Yekununda  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək həmin günün Azərbaycan xalqı üçün önəmindən danışıb.

Keçidlər