Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Dolu” filminin təqdimatı olmuşdur

23 oktyabr 2012 | 10:00

Quzanlı Olimpiya İdman Kompleksində tanınmış yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında lentə alınmış “Dolu” tammetrajlı bədii filminin təqdimatı olmuşdur.AzərTAc xəbər verir ki, filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri əvvəlcə rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə tər çiçəklər düzmüş, respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmişlər.
Təqdimat mərasimdə çıxış edən Aqil Abbas film haqqında məlumat vermiş, çəkilişdə əməyi olanların hamısına minnətdarlığını bildirmişdir.
Film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq Artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.
Ekran əsərində əsas rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkilmişlər.
Filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam və Ağcabədi rayonlarında aparılmışdır.
Sonda “Dolu” filmi nümayiş etdirilmişdir.
 

Keçidlər