Ağdam Mərkəzi Rayon Xəstəxanasının yeni təyin olunan Baş Həkiminin təqdimatı olub
09 yanvar 2016 | 11:00
Agdam Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edildi. Yeni təyin edilmiş baş həkim Haqverdiyev Bəxtiyar Davud oğlu Ağdam Rayon İcra Hakimiyyətində səhiyyə kollektivinə və rayon ictimaiyyətinə təqdim edildi. Təqdimatda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və Səhiyyə Nszirliyinin məsul əməkdaşı iştirak etdilər. Çıxış edənlər yeni baş həkimə işində uğurlar arzulayaraq Səhiyyə sahəsində olan neqativ hallarıb aradan qaldırılması üçün öz tövsiyyələrini bildirmişlər.