Ağdam rayonununda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Ağdam Çay evində keçirilən ümumrayon tədbirində Çıxış edənlər qarşıdan gələn əlamətdar günlər münasibətilə ağdamlıları təbrik edib, növbəti bayramların işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıblar.
Tədbirdə yola saldığımız 2015-ci ildə əldə olunan uğurlardan bəhs edilib. Qeyd edilib ki, Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılıb, rayonda Heydər Əliyev Mərkəzi üçün yeni möhtəşəm memarlıq üslubunda binanın tikintisinə başlanılıb və 2016-cı ilin əvvəlində isdifadəyə veriləcək. Bundan başqa Quzanlı qəsəbəsində 360 şagird yerlik liseyin, Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Tədbirdə 2015-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsil və idmanda fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.
Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.
Bayram tədbiri ədəbi-bədii proqram, rəqslər və rəngarəng musiqi nömrələri ilə davam etdirilib.
Tədbirdə uşaqlara bayram hədiyyələri verilib.