Quzanlı qəsəbəsində 360 şagird yerlik məktəb-lisey inşa edilir
Təhsil Nazirliyinin sifarişi ilə inşa olunan ikimərtəbəli binada sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq və informatika kabinələri, kitabxana, oxu zalı, akt və idman zalları, tibb otağı, 100 yerlik yeməkxana, mətbəx, xidməti otaqlar yaradılacaq. Məktəb-liseyin həyətində geniş abadlıq işləri aparılacaq, həyətdə futbol, voleybol və basketbol meydançaları, yüngül atletika və gimnastika üçün sahələr, qaçış zolaqları, istirahət sahələri, qazanxana, nasosxana, transformator yarımstansiyası, yanğın və təsərrüfat üçün su anbarları və digər yardımçı binalar inşa ediləcək.
Hazırda binanın 2 korpusunda hörgü işləri başa çatıb, dam hissəsi vurulur. Digər korpusda və idman zalında hörgü işləri aparılır. Məktəb-liseyin tikintisinin 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur.