Ağdamda veteranlarla məktəblilərin görüşü təşkil edilib
Ağdam rayonunda Böyük Vətən Müharibəsi veteranları və rayon ağsaqqallarının məktəblilərlə görüşü təşkil edilib. Veteranlar bu dəfə rayonun Xındırıstan kənd orta məktəbinin şagirdləri ilə görüşüb. Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri, Sovet Sosialist əməyi qəhramanı Sədrəddin Ələsgərov Böyük Vətən Müharibəsi zamanı Azərbaycanlıların ön və arxa cəbhədə göstırdikləri sücaətlərdən geniş söhbət açıb. O bildirib ki, böyük qələbənin qazanılmasında Azərbaycan xalqının qəhramanlığı danılmaz faktdır.
Şagirdlərin böyük marağına səbəb olan tədbirdə digər çıxış edənlər, məktəblilərlə günü gündən çiçəklənən Azərbaycan Respublikasının inkişafında ölkə rəhbərinin ətrafında sıx birləşmələrini, rayonun ictimai həytında fəal iştirak etmələrini tövsiyyə ediblər.
Qeyd edək ki, sözü gedən tədbir Ağdam rayon İcra Hakimiyyətinin təşəbüsü ilə keçirilir. Gənclərdə vətənpərvərlik ruhunun dahada yüksəldilməsi məqsədi ilə təşkil edilən görüşlərin rayonun digər orta məktəblərində də təşkil ediləcəyi nəzərdə tutulur.