Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Nardaranda baş vermiş xoşagəlməz hadisələri qətiyyətlə pisləyirlər

01 dekabr 2015 | 11:00

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal mövqeli dindarın qanunsuz əməlləri nəticəsində baş vermiş xoşagəlməz hadisələr respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində, Ağdam rayonunda da etirazla qarşılanır, qətiyyətlə pislənilir. Rayonun ağsaqqalları, ziyalılar, din xadimləri, gənclər yığncaqlar, görüşlər keçirərək Azərbaycandakı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, ən əsası xalqla dövlətin birliyini istəməyən bəzi xarici dövlətlərin təsirinə düşərək hərəkət edən Taleh Bağırzadə və yandaşlarının respublikada çaşqınlıq, xaos yaratmaq cəhdlərini pisləyir, xalqın, dövlətin və dövlətçiliyin keşiyində dayanan, öz peşə funksiyasını yerinə yetirən polis əməkdaşlarına qarşı çıxan, ona silah qaldıran hadisələri lənətləyir, birmənalı qəbul etmirlər. Ağdamlılar dövlətə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyir, bunu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirlər.
         Rayonun ağsaqqalları, ziyalılar, din xadimləri və gənclər rayon İcra Hakimiyyətinə müraciət edərək bütün məsələlərdə olduğu kimi hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, ölkə prezidenti cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiklərini bəyan edirlər. Ağdamlılar bildirirlər ki, bu gün Azərbaycanın bir düşməni var, bu torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı ölkə başçısının ətrafında yumruq kimi birləşməli, ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizə aparmalıdır. Ağdamlılar Taleh Bağırzadə və yandaşlarının hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi dəyərləndirir, sapı özümüzündən olan baltaları Ağdama, düşmən səngərinin bir neçə yüz metrliyində yerləşən Çıraqlı, Ayaq Qərvənd, Sarıcalı kəndlərinə dəvət edir, burda yaşayan, işləyən insanlarla maraqlanmağa, ordu-xalq birliyinə şahid olmağa dəvət edirlər.  Rayon sakinləri dünyada tolerantlığın, multukilturalizmin nümunəsi hesab edilən Azərbaycanda din pərdəsi altında silahlı təxribatlar törətmək, qarşıdurma yaratmaq istəyən ekstremist qüvvələrin cəhdlərinin qarşısının qətiyyətlə alınacağına əminliklərini ifadə edirlər.
         Ağdamlılar bildirirlər ki, Azərbycan dünyəvi, bəşəri, hüquq dövlətidir. Heç bir qüvvə xalqla dövlətin birliyini sarsıda bilməz. Azərbaycanda hər bir vətəndaş qanuna və qanunlara hörmətlə yanaşmalıdır. Qanunlara hörmətlə yanaşmayan, ona qarşı çıxanlar isə Taleh Bağırzadə kimi layiqli cəzalarını alacaqlar.
         Rayon sakinləri inanırlar ki, ölkəmizdə qarışıqlıq salmaq, təxribatlar törətmək istəyənlərə hüquq-mühafizə orqanları tərəfindən layiqli cəza veriləcəkdir.

Keçidlər