Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisinin son tamamlama və binanın ətrafında abadlaşdırma işləri sürətlə davam etdirilir

27 noyabr 2015 | 11:00

Ağdamda Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisi sürətlə davam etdirilir. Artıq binanın ətrafında təmizləmə və abadlasdırma işləri aparılır. Ümumi ərazisi 937 kv metr, 3 mərtəbə, 1-ci və 2-ci mərtəbəsi dəmir beton konstruksiyadan, dam örtüyü isə monolitdən ibarət olan binanın ən müasir memarlıq və arxitektura qaydalarına tam cavab verə biləcək formada tikilib ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır. Mərkəzin daxilində 260 nəfərlik Akt zalı, 30 nəfərlik iclas zalı, kompyuter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltaraşlıq və xalçaçılıq qalareyası, inzibati otaqlar və Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət gösdərəcək. Bundan başqa mərkəzdə Gənclərin asudə vaxdlarının səmərəli təşkili üçün  3D formatında kinotetarında quraşdırılması nəzərdə tutulub. Eyni zamanda mərkəzdə yeməkxanada fəaliyyət göstərəcək. Yeni tikilən Mərkəzdə tikinti işləri sürətlə aparılır və tikintinin gedişi rayon rəhbərliyinin daimi diqqətindədir. Bütün işlərə şəxsən nəzarət edən rayon rəhbərliyi qısa zamanda mərkəzin tikintisinin yekunlaşmasını və isdifadəyə verilməsi üçün lazımı bütün imkanlardan isdifadə edir. Qısa zamanda Heydər Əliyevin Mərkəzinin tikintisi yekunlaşacaq və ziyarətçilərin isdifaəsinə veriləcəkdir.

Keçidlər