Ağdamda mövsümü ağacəkmə kampaniyası çərçivəsində işlər davam etməkdədir.
Ağdamda mövsümü ağacəkmə kampaniyası davam etməkdədir. Bu münasibətlə Rayon İcra Hakimiyyətinin də iştirakı və təşəbbüsü ilə növbəti yaşıllaşdırma aksiyası keçirilir.
Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovunda iştirak etdiyi aksiyada Heydər Əliyev prospekti boyunca yolun kənarında çoxlu sayda müxtəlif növ ağaclar, yaşıllaşdırma kolları əkilir.
Xatırladaq ki, bu ilin martında ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi çərçivəsində ağacəkmə kampaniyasına start verilib. Ağdam rayonunun bütün ərazilərində yerli iqlim şəraitinə uyğun həmişəyaşıl ağaclar əkilib.
Bundan sonrada rayonun bütün qəsəbə və kəndlərində ağacəkmə kampaniyası davam edəcək.