Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsi olan Ağdamda yeni subartezian quyuları əhalinin isdifadəsinə verilib

19 noyabr 2015 | 11:00

Ağdam rayonunun Kolqışlaq, Kiçikli və digər kəndlərində yeni qazılmış ümumilikdə 20 ədəd subartezian quyusu  istifadəyə verildi. Bu münasibətlə keçirilən Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətini başçısı cənab Raqub Məmmədov, Meliorasiya və Su Təsərrüfatı ASC nin sədr müavini Zakir Quliyev, Ağdam rayon ictimaiyyəti və kənd camaatı iştirak etdi. Keçirilən açılış tədbirində çıxış edən Ağdam Rayon İcra Hakimiyyətini başçısı cənab Raqub Məmmədov ilk öncə qonağı rayonda görməkdən məmnun olduğunu bildirərək bunun dövlətimizin Ağdam rayonuna olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirdi. Daha sonra İcra Hakimiyyətinin başçısı öz çıxışında ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında qazılan 20 ədəd subartezian quyusunun rayon camaatının suvarma suyuna olan tələbatının böyük bir hissəsini təmin etməklə yanaşı onların öz torpaqlarından daha da çox məhsul götürmələrini təmin edəcəkdir. Daha sonra çıxış edən Meliorasiya və Su Təsərrüfatı ASC nin sədr müavini Zakir Quliyev Ağdam rayonunda olmaqdan məmnun olduğunu bildirib. Qeyd edib ki, ölkə rəhbərliyinin Ağdama gösdərdiyi diqqət və qayğının nümunəsidir ki bu gün 20 ədəd subartezian quyusu sizin rayona verilib və onun isdifadəyə verilməsi tədbirində  iştirak edirik. Daha sonra kənd ağsaqqalları çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevə və rayon  rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Keçidlər