Şriftin ölçüsü :

Saytın rəngi :

Milli çempionatda iştirak edən “Qarabağ” çovkən komandası yarışı dördüncü yerdə başa vurub

17 noyabr 2015 | 11:00

Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Atçılıq Federasiyasının birgə təşkil etdiyi və keçirdiyi Çövkən Milli Atüstü oyun üzrə ölkə  çempiyonatı başa çatıb. Dördüncü dəfə keçirilən Çövkən milli Atüstü oyunu üzrə ölkə çempiyonatında Ağdam rayonunu təmsil edən “Qarabağ” çovkən komandası ilə yanaşı respublikanın digər şəhər və rayonlarını təmsil edən ümumilikdə 24 komanda iştirak edib. 24 komandanın iştirak etdiyi yarışı Ağdam rayonunu təmsil edən “Qarabağ” çovkən komandası dördüncü yerdə başa vurub. Bu münasibətlə komandanın üzvləri ilə Ağdam rayon İcra Hakimiyyətində olublar. Komanda üzvlərini qəbul edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov bu qələbə münasibətilə  onları təbrik edib, onlara gələcək işlərində və yarışlarında uğurlar arzulayıb. Bildirb ki yeni yaranan bir komanda üçün dördüncü yeri tutmaq özü bir böyük nailiyyətdir və gələcəkdə çempion olmaqçün uğurlu bir başlanğıcdır. Daha sonra komandaya təqdim edilən dördüncü yer diplomu rayona təqdim edilib.

Keçidlər