Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Dirçəliş Günü münasibətilə ümumrayon tədbiri keçirilib

17 noyabr 2015 | 11:00

17 noyabrın Milli Dirçəliş Günü münasibətilə Ağdam rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Yerli idarə və müəssisələrin, ərazi nümayəndəliklərinin, qeyri hökümət təşkilatlarının  iştirakı ilə keçirilən tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov Milli Dirçəliş Gününün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışıb. Bildirib  ki, ölkəmiz ötən əsrin sonlarında min bir əziyyətlə qanı bahasına müstəqilliyini əldə etsə də, tezliklə onun itirilməsi təhlükəsi yaranmışdı. Ölkə daxilində xaos və anarxiyanın, özbaşınalığın baş alıb getdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikada sabitlik əldə olunub və ölkəmiz sürətli inkişaf yolunu tutub.
Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan söz açan natiqlər bütün bu nailiyyətləri dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndiriblər.

Keçidlər