Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində yerləşən Çəmənli kəndində uşaq bağçası və kənd kitabxanası istifadəyə verilib

14 noyabr 2015 | 11:00

Ağdam rayonunun cəbhə zonasında yerləşən Çəmənli kəndində əsaslı təmir edilən körpələr evi-uşaq bağçası və yeni tkilən kənd kitabxanısın açılış mərasimi olub.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məktəbəqədər tədris müəssisəsinin və kitabxanın istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça kollektivini, oxucuları, kənd camaatını təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. Ölkəmizdə elmin, təhsilin və məktəbəqədər təhsil müəssisələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edildiyini diqqətə çatdıran İcra Hakimiyyətinin başçısı bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, respublikamızın hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər, kitabxanalar tikilir və əsaslı şəkildə yenidən qurulur. Respublikanın Bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da əsaslı təmir olunan uşaq bağçası və yeni tikilən kənd kitabxanası bu sahədə görülən işlərin növbəti əyani nümunəsidir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri göstərilən qayğıya görə Ölkə Prezident İlham Əliyevə. Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova və bağçanın, yeni tikilən kənd kitabxananın  tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında və kənd kitabxanasında yaradılmış şəraitlə tanış olublar. Bir mərtəbəli 70 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçanın həyətində uşaq əyləncə vasitələri quraşdırılıb, yaşıllıq zolaqları salınıb. Kitabxanada isə oxucuları rahatlığı üçün geniş oxu zalı təşkil olunub və bu zalda hərcür lazimi şərait yaradılıb.

Keçidlər