Konstitusiyamız xalqımızın milli mənəvi dəyərlərə əsaslanaraq seçdiyi yolun ifadəsidi
Noyabrın 12-da Ağdam Musiqi Kollecinin iclas zalında Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və Qeyri Hökumət təşkilatlarından nümayəndələri iştirak ediblər. Tədbiri geniş məruzə ilə Ağdam rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Ağa Zeynalov açaraq bu günün önəmindən danışmışdır.
Tədbir Dövlət Himnin səsləndirilməsi ilə açıq elan edilmişdir.
Digər çıxış edənlər Ağdam rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayev, Ağdam rayon Baharlı kənd tam orta məktəbin direktoru Fəqani Səfərov çıxış etmiş və yenicə müsdəqillik qazanmış bir dövlətin ən çox ehtiyacı olan bir qanunun Konstitusiya olduğunu qeyd ediblər. Daha sonra çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin Başçısı, cənab Raqub Məmmədov ilk Konstitusiyamızın Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz rolundan danışıb. Bildirib ki, ilk Konstitusiyamız gənc və müstəqil dövlətimizin demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu göstərir. Konstitusiyamız xalqımızın dünyəvi, milli mənəvi dəyərləri rəhbər tutaraq seçdiyi yolun ifadəsidir. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir. Konstitusiyamız ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.
Konstitusiya gününə həsr olunmuş tədbirin davamı olaraq Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun iştirakı ilə rayon ərazisində Soltanbud təpəsində ağacəkmə kampaniyası həyata keçirilib.