Şriftin ölçüsü :

Saytın rəngi :

Macarıstanda “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib

20 oktyabr 2012 | 10:00

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır. Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib. Macarıstandakı səfirimiz Vilayət Quliyev foto-alboma “Ağdam: Qara taleli ağ şəhər” adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.

Keçidlər