23 oktyabrda Ağdamda dövlət qulluqçuları üçün növbəti təlim keçirilib
23 oktyabr 2026 | 16:54
23 oktyabr 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün "Cəmiyyətə xidmət psixologiyası:Dövlət qulluqçusunun daxili motivasiyası" mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyətində, eləcə də rayon ərazisində müxtəlif vəzifələrdə çalışan inzibati vəzifə tutan dövlət qulluqçuları iştirak ediblər.
Təlim zamanı dövlət qulluqçularının daxili motivasiyasının artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunulub. Həmçinin dövlət qulluğunda etik davranış prinsiplərinin, vətəndaş məmnunluğunun və məsuliyyət hissinin əhəmiyyəti vurğulanıb.






