Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümü qeyd edilib

19 oktyabr 2015 | 10:00

1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Respublikası Ali Soveti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac verərək, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Məhz bunun nəticəsində 1990-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi proseslər, hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bu sözlər 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Ağdamda keçirilən ümumrayon toplantısında səsləndirilib. Tədbirdə çıxış edənlər Azərbaycanın keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan danışaraq bildiriblər ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilib.Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməksinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər