Azərbaycanlı şəhidin medalı oğluna verildi
10 Oktybar döyüş mövqeyində erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən açılan atəş nəticəsində şəhid olan Tural Əhmədovun ölümündən bir il ötür. Şəhidin il dönümü ailəsinin məskunlaşdığı Ağdamın Birinci Dördyol qəsəbəsində baş tutub. Mərasim şəhidin ailəsinin məskunlaşdığı qəsəbədə keçirilib. Mərasimdə Tural Əhmədovun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və döyüş yoldaşları iştirak edib. Komandir heyəti Turalın döyüş meydanında göstərdiyi rəşadəti xüsusi qeyd edib. Mərasimin sonunda vətənin bütövlüyü uğrunda şəhid olan Tural Əhmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyi adından xidmətdə fərqləndiyinə görə III dərəcəli medalla təltif edilib. Medal şəhidin 7 aylıq oğlu balaca Turalın sinəsinə taxılıb. "Vətən sağ olsun! Onun oğlu da o gün olsun böyüsün atasının davamçısı olsun", - deyə şəhidin anası Kifayət Əhmədova bildirib. Şəhidin ildönümü mərasimdə iştirak edən döyüş yoldaşları onun intiqamının alınacağına and içiblər.
Xatırladaq ki, Tural Əhmədov 09 oktyabr 2014-cü ildə erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuşdu.