Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Dövlət Dram Teatrında “Sehrbaz qadın” tamaşasına ictimai baxış olub

07 oktyabr 2015 | 10:00

Ağdam Dövlət Dram Teatrında fransız yazıçısı Şarl Perronun “Sehrbaz qadın” tamaşasına ictimai baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur. Tamaşada əsas rolları əməkdar artist Aidə Qasımova, Xəyalə Xudadatova, Nizami Əsgəroğlu, Elgiz Mürşüdov və başqaları ifa edirbər. İlk tamaşa uğurla başa çatıb.
Teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu il teatrda Mi¬ros¬lav Mi¬to¬re¬vi¬çin “Ge¬cə ya¬rı¬sı soy¬ğun¬çu¬luq”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Arif Mədətovun “Çarəsiz evlənmə” tamaşaları səhnələşdirilib. İlin sonunadək isə Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşası hazırlanacaqdır.

Keçidlər