Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağdam rayonunun bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim edilib.

05 oktyabr 2015 | 10:00

Quzanlı qəsəbə Mədəniyyət evində  keçirilən tədbirdə çıxış edənlər təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, təhsilə dövlət qayğısından, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsindəki xidmətlərindən, rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, təhsil sistemində əldə olunan nailiyyətlərdən danışıblar.
Bildirilib ki, ötən tədris ili ərzində 160 yerlik Birinci Baharlı, 120 yerlik Həsənxanlı, 120 yerlik Hacıməmmədli, 360 yerlik Əfətli kənd tam orta məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib. Əhmədağalı və Xındırıstan kənd tam orta məktəbləri əsaslı təmir edilib. Bundan başqa, İmamqulubəyli qəsəbəsində inşa edilən 440 yerlik məktəb binası 135 saylı köçkün tam orta məktəbin, Yevlax Bərdə avtomobil yolunun kənarında yeni salınmış yaşayış massivlərində tikilən 480 yerlik məktəb binası 1 saylı köçkün tam orta məktəbin, 640 yerlik məktəb binası isə 12 saylı köçkün tam orta məktəbin istifadəsinə verilib. Quzanlı qəsəbəsində məktəb liseyin binasının tikilməsinə başlanılıb.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim edilib.
“Şur” ansamblının ifasında təqdim olunan konsert proqramı iştirakçılara əsil bayram əhval-ruhiyyəsi bəxş edib.

Keçidlər