22 sentyabrda Ağdamda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması, eləcə də ətraf mühitin qorunması məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə “Şəhərsalma və Memarlıq İli” ilə bağlı təsdiq edilmiş 2026-cı il üzrə xüsusi Tədbirlər Planı çərçivəsində rayonda görülmüş işlər və qarşıda duran mühüm vəzifələr geniş müzakirə olunub. Diqqətə çatdırılıb ki, plan çərçivəsində mövcud parklarda, tarix və mədəniyyət abidələrinin ərazisində və yaxınlıqlarında abadlıq işlərinin aparılması, küçə və ictimai məkanların yenidən qurulması, eləcə də yolkənarı ərazilərdə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək.






