Şriftin ölçüsü :

Saytın rəngi :

Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn Ağdam rayonunda səfərdə olub.

02 oktyabr 2015 | 10:00

Səfir öncə Ağdam rayon İcra Hakimiyyətində olub, başçısının birinci müavini Zülfi Qasımovla görüşüb. Səfiri qəbul edən rayon rəsmisi müharibə vaxtı rayona dəyən zərər, sakinlərin keçirdiyi ağır həyat tərzi, son illər görülən işlər haqda qonağa məlumat verib.
Qeyd edilib ki, 76,3 faizi işğal altında olan rayon hazırda qoşunların təmas xəttinə ən yaxın ərazidə yerləşir və tez-tez işğalçı ordunun atəşkəsi pozması nəticəsində rayonun kənd təsərrüfatına, yaşayış məntəqələrinə ciddi ziyan dəyir, dinc adamların həyatı təhlükə altında saxlanır.
Bundan başqa səfir Kin Suk İnə cəbhədə baş verən son hadisələr barədə də məlumat verilib. Erməni ordusunun cəbhəətrafı yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir ağdamlı dinc sakinin həlak olduğu bildirilib.
Qeyd edək ki, koreyalı diplomat Ağdama səfəri çərçivsində bir neçə tədbirdə iştirak edəcək.

Keçidlər