Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turniri keçirilib.

01 oktyabr 2015 | 10:00

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Turnirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Vurğulanıb ki, bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir.
Qeyd edilib ki, bu turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi müəyyən ediləcək.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblər, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri mükafatlandırılıblar.

Keçidlər