Raqub Məmmədovla bağlı yazılar həqiqəti əks etdirmir
Son bir-neçə ay ərzində JAM.AZ Xəbər Portalında Ağdam rayonu və onun icra başçısı Raqub Məmmədovla bağlı çeşidli məlumatlar dərc olunub. Həmin məlumatlarda bir sıra mətləblərlə bağlı yazılıb. Qeyd edək ki, redaksiyamızın ünvanına daxil olmuş həmin məlumatları araşdırarkən məlum olub ki, bizə ötürülən informasiyalar həqiqətə uyğun deyil. Üstəlik, bir çox məlumatlarda qərəz nümayiş olunub və bir xeyli də şişirtmə və bənzətmələrə yol verilib.
Bildirək ki, Ağdam rayonunun icra başçısı Raqub Məmmədov, onun oğlu Sənan Məmmədovla bağlı yazılanlar həqiqəti əks etdirmir və qərəzli şəkildə redaksiyamıza göndərilib. Və bizə olan etibarlarınmdan sui-istifadə ediblər. Hesab edirik ki, bu cür məlumatlar dərc olunmazdan əvvəl araşdılrılmalı, dəqiqləşdirilməlidir. Əks təqdirdə, verilən informasiyalar həqiqəti əks etdirməməklə yanaşı, həm də qarşı tərəf haqqında yanlış təsəvvürün yaranmasına gətirib çıxracaq. Belə vəziyyətlər isə prezident tərəfindən etimad göstərilmiş dövlət məmurları, xüsusən də Raqub Məmmədovun imicinə, hörmətinə və etibarına xələl gətirmiş ola bilər. Ona görə də, Ağdamla bağlı dərc olunan məqlələrə xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda, JAM.AZ olaraq Raqub Məmmədov və oğlu Sənan Məmmədovla bağlı yazılara görə, qarşı tərəfdən üzürxahlıq edirik.