Ağdamda növbəti əmək yarmarkası keçirildi
10 sentyabr 2015-ci ildə Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirildi.
Quzanlı Olimpiya İdman kompleksində keçirilən yarmarkanın açılış mərasimində çıxış edənlər ölkədə və Ağdam rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışdılar.
Əmək yarmarkasınsda 22 idarə, müəssisə və təşkilat tərəfindən 215 boş iş yeri təqdim olundu. İş yerləri üzrə 109-370 manat məbləğində əmək haqqı təklif edildi. Yarmarkada iştirak edən 300-ə qədər işaxtaran vətəndaşdan 78-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş aldı.