Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun Quzanlı qəsəbəsində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

08 sentyabr 2015 | 10:00

Konfransda ötən dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə dinlənilib, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışılıb. Bildirilib ki, ötən dərs ilində rayonda 135 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 33 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərib, 19 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 3793 müəllim məşğul olub.
Cəbhə bölgəsində yerləşən rayonda məktəb tikintisinin geniş vüsət alması konfransda razılıq hissi ilə vurğulanıb. Qeyd olunub ki, ötən tədris ili ərzində 160 yerlik Birinci Baharlı, 120 yerlik Həsənxanlı, 120 yerlik Hacıməmmədli, 360 yerlik Əfətli kənd tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Əhmədağalı və Xındırıstan kənd tam orta məktəbləri əsaslı təmir edilib. Bundan başqa, İmamqulubəyli qəsəbəsində inşa edilən 440 yerlik məktəb binası 135 saylı köçkün tam orta məktəbin, Yevlax Bərdə avtomobil yolunun kənarında yeni salınmış yaşayış massivlərində tikilən 480 yerlik məktəb binası 1 saylı köçkün tam orta məktəbin, 640 yerlik məktəb binası isə 12 saylı köçkün tam orta məktəbin istifadəsinə verilib. Quzanlı qəsəbəsində məktəb liseyin binasının tikintisinə başlanılıb.
2015-ci ildə ümumtəhsil məktəblərini bitirən məzunlardan 372-si tələbə adını qazanıb. Onların 51 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən çox bal toplayıb.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı İlham Nağıyev və rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov təhsilə göstərilən dövlət qayğısından, təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıblar.

Keçidlər