Müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə təşkilatın sədri İsgəndər Quliyev, gənclər birliyinin sədri Amil Cavadov və başqaları 1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximizdən, müstəqilliyin ilk illərində baş verən ictimai-siyasi hadisələrdən, Ermənistanın ölkəmizə qarşı apardığı qəsbkarlıq müharibəsindən, müstəqilliyimizin qorunmasında və daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışmışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılmış və möhkəmləndirilmişdir. Dahi rəhbər Heydər Əliyevin dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində respublikamız regionun aparıcı dövlətinə çevrilmişdir.