Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağdamlı məzunlardan 350 nəfəri ali məktəblərə qəbul olub

29 avqust 2015 | 10:00

Ağdam rayonu Quzanlı qəsəbəsindəki mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilib.
Görüşdən əvvəl gənclər Ulu Öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər. Qeyd edib ki, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, bu gün təhsil sahəsində inkişaf təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. Cəbhə bölgəsinə yerləşəşən Ağdam rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1346 məzundan 680 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 350-si tələbə adını qazanıb. Gənclərdən 48 nəfəri 500-600 arası, 24 nəfəri isə 600-dən çox bal toplayıb. 2 saylı tam orta məktəbin məzunu Məhərrəm Təhməzov qəbul imtahanlarında 681 bal, 33 saylı tam orta məktəbin məzunu Səbinə Məmmədzadə 669 bal, Qaradağlı kənd tam orta məktəbin məzunu Anar Qarayev 667 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə səylə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunub.
Görüş konsert proqramı ilə başa çatıb.

Keçidlər