Avropa Şurasının Parlament Assambleyasının məruzəçisi Ağdam rayonunda olub
Görüşdə rayon rəhbəri kənd təsərrüfatı rayonu olan Ağdamın əkin sahələrinin suvarılması üçün əsas mənbəyin Sərsəng su anbarı olduğunu, lakin Sərsəng su anbarının erməni qəsbkarları tərəfindən işğal edilməsi nəticəsində uzun illərdən bəri Ağdam və ətraf rayonlara suvarma suyunun verilməməsi bu rayonların iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurduğunu qonaqların diqqətinə çatdırıb.
R.Məmmədov qeyd edib ki, "Ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də əkin-biçinin Suvarılmalı olduğu bir vaxtda bilərəkdən qarşısın kəsərək bütün sahələrin susuzluqdan məhv olmasına səbəb olurlar. Bütün bu kimi hallarda rayonda və ölkədə taxıl və arpa, digər kənd təsərrüfatı bitkilərinin səmərəli əkilməsinin onlardan lazımı məhsulun alınmasının qarşısını almış olur.
M.Markoviç səmimi qəbula görə təşəkkürünü bildirib, Həmçinin rayon sakinlərinin su təminatında qarşılaşdıqları çətinliklərlə tanış olduğunu qeyd edib.
M.Markoviç toplanmış materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə Parlamentin iclasında məruzə edəcəyini vurğulayıb.