Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda internet istifadəçilərinin sayı 1045 nəfərə çatıb

25 avqust 2015 | 10:00

Son illər Ağdamda rabitə və informasiya texnologiyaları sahəsində xeyli işlər görülüb.
Ötən bir neçə ildə Ağdamda bütün ATS-lər ən müasir səviyyədə yenidən qurulub və hazırda rayonda əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir.  Bu yaxınlarda isdifadəyə verilən Ağdam Telekommunikasiya Qovşağının yeni binası və orada daha rahat işləmək üçün yaradılan şərait rayonda internetin keyfiyyətinin də artmasına kömək etmiş olacaq. Budan başqa İnternetdən istifadə haqqının aşağı salınması və ATS-lərin elektronlaşdırılması Ağdam rayonunda internet abunəçilərinin sayının sürətlə artmasına səbəb olub. İndi onların sayı 1045-dir. Son bir ildə isə internet abunəçilərinin sayı xeyli artıb. Telekommunikasiya Qovşağının sifarişi ilə indiyədək bir neçə ədəd boş internet portu abunəçilərin istifadəsinə verilib. Hazırda rayonda telefon abunəçilərinin 40 faizi genişzolaqlı internetdən istifadə edir.
Rayonun 77 faizindən artıq ərazisinin işğalda olduğunu nəzərə alsaq Rayonda ən çox internet istifadəçiləri Quzanlı qəsəbəsinin və ətraf kəndlərin payına düşür. Abunəçilərin müraciətlərini nəzərə alan qovşaq yeni internet portları sifariş edib. Son vaxtlar Ağdamda daimi fəaliyyət göstərən internet klublarının sayı da artmaqdadır.
Bütün stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunur və bu proses davam etməkdədir. Bu da abonentlərə keyfiyyətli telefon rabitəsi göstərməklə yanaşı, onların bütün multimedia xidmətlərinə çıxışını da təmin edir. Bu müasir rabitə texnologiyasının köməkliyi ilə rayonda internet üzərindən birbaşa televiziya kanallarına baxmaq mümkün olacaq.

Keçidlər