Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlı məzunlardan 350 nəfəri tələbə adını qazanıb

24 avqust 2015 | 10:00
Bu il Ağdam rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1346 məzundan 680 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 350-si tələbə adını qazanıb.
Rayon təhsil şöbəsindən  bildiriblər ki, tələbə adını qazanan gənclərdən 48 nəfəri 500-600, 24 nəfəri isə 600-dən çox bal toplayıb. 2 saylı tam orta məktəbin məzunu Məhərrəm Təhməzov imtahanlarda 681 bal, 33 saylı tam orta məktəbin məzunu Səbinə Məmmədzadə 669 bal, Qaradağlı kənd tam orta məktəbin məzunu Anar Qarayev 667 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.                                                                             
Rayonun ümumtəhsil məktəbləri arasında ən yaxşı nəticəni isə Quzanlı qəsəbə tam orta məktəbin məzunları əldə edib. Bu təhsil ocağının məzunlarından 15 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.
Keçidlər