Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda tikintisi davam etdirilən Xındırıstan Uşaq Musiqi Məktəbində son tamamlama işləri aparılır

18 avqust 2015 | 10:00

Ölkəmizin hər yerində olduğu kimi cəbhə xəttində yerləşən Ağdam rayonunda da tdrisin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra işlər görülür. Buna əyani misal olaraq Mədəniyyət və Turizm Nazirliyinin maliyyə vəsaiti hesabına və rayon rəhbərliyin yaxından iştirakı ilə tikintisinə başlanılmış Xındırıstan Uşaq Musiqi Məktəbini gösdərmək olar. 3 mərtəbədən ibarət olan musiqi məktəbində Xındırıstan və ətraf kəndlərdən olan şagirdlər təhsil alacaqlar. Qarabağın musiqi mərkəzlərindən biri hesab olunan Ağdamda belə bir tədris ocağının tikintisi ölkə rəhbərliyinin diqqət və qayğısından irəli gələn bir hal olduğunu nəzərə alsaq bunu biz Ağdamlılara böyük hədiyyə kimi qəbul etməyə bilmərik. Musiqi məktəbində şagirdlərin yüksək tədris almaları üçün bütün şərait yaradılacaqdır. Müasir dərs otaqları, yeni musiqi avadanlıqları və alətləri ilə təmin olunacaqdır. Artıq yeni tədris ilinin başlanmasına qısa zaman qaldığını nəzərə alsaq bu yaxınlarda məktəbin isdifadəyə verilməsi gözlənilir. Binada son tamamlama və rənglənmə işləri aparılır.

Keçidlər