Şriftin ölçüsü :

Saytın rəngi :

20 dekabr 2023-cü il tarixdə Ağdamda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilib

20 dekabr 2023 | 17:12
Ağdam rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair tərtib edilmiş illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, Aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Tədbir iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmiş, həmçinin 2023-cü ildə dövlət qulluqçularının qiymətləndirlməsinə dair hazırlanmış hesabat müzakirə olunmuş, növbəti 2024-cü il üçün dövlət qulluqçularına tövsiyyələr verilmişdir.
Keçidlər