1993-cü ildə itkin düşmüş Səfərov Cahangir Səfəralı oğlunun Ağdamda dəfn mərasimi baş tutub
01 noyabr 2024 | 16:49
1993-cü ildə itkin düşmüş Səfərov Cahangir Səfəralı oğlunun Ağdamda dəfn mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 01.06.1942-ci il tarixdə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 12.06.1993-cü il tarixdə Yusifcanlı kəndi ərazisində itkin düşmüşdür.