Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərində məskunlaşmış məcburi köçkünlərlə görüş keçiriləcək

05 avqust 2015 | 10:00

2015-ci il avqustun 7-də Bakı şəhərində məskunlaşmış Ağdamdan olan məcburi köçkünlərlə  Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub  Məmmədovun növbəti səyyar görüşü keçiriləcək. Görüş saat 11-00 Suraxanı rayonu İcra Hakimiyyətinin binasının Akt zalında və həmin gün saat 17-00 da Xəzər rayonu Mərdəkan qəsəbəsi Mədəniyyət evində keçiriləcək. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin yerli rəhbərləri, məcburi köçkünlərin qeydiyyatında olduqları İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri  iştirak edəcək. Səyar görüşdə rayon İcra Hakimiyyətinin bşçısı məcburi köçkünləri narahat edən probləri dinləyəcək.

Keçidlər