Dövlət qulluğunda fərqlənməyə görə Tərəqqi medalının təqdimetmə mərasimi olub
Ağdam rayon İcra Hakimiyyətində Dövlət qulluğunda gösdərdiyi xidmətlərə və uzun müddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Tərəqqi medalı almış Rayonun Qiyaslı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rüstəmov Sərxan Cəfər oğluna mu mükafatın təqdimetmə mərasimi keçirilib. Bu münasibətlə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov bu mükafata layiq görülməsi münasibətilə Səraxn Rüstəmovu təbrik etdi. Bildirdi belə bir mükafatın məhz Ağdam rayonundan olan bir qulluqçuya verilməsi təkcə ona yox bütün əməkdaşlara verilən bir dəyərdir. Raqub Məmmədov əmin olduğunu bildirdi ki, bundan sonrada digər əməkdaşlar üzərlərinə düşən məsuliyyəti daha da dərindən dərk edəcək və var gücü ilə işləyərək Prezidentin bu etimadını doğruldacaqlar. Daha sonra təltifçi Sərxan Rüstəmov çıxış edərək belə bir mükafata layiq görüldüyü üçün ölkə prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova öz dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu mükafata layiq görülməsi onun məsuliyyətini birə on artırmaqla bərabər təkcə ona yox bütün Ağdam rayonunda dövlətin siyasətini həyta keçirən əməkdaşlara verilən dəyərdir. Tədbirin Sonunda mükafat sahibinə təqdim olundu.