Ağdam rayonunda kəndarası yolların təmiri və yenidənqurulması işləri davam etdirilir
Ağdam rayonunun Quzanlı qəsəbəsində qəsəbə daxili yolun asvalt beton örtüyü ilə asvaltlanması və Zəngişalı kəndinin daxili yolunun çınqıl daşla daşlanmasından sonra əhalinin isdifadəsinə verilib. Ümumi uzunluğu 1450 metr, eni 6 metr, qalınlığı isə 10 sm olan asvalt beton örtüklü Quzanlı qəsəbə və 22 km Zəngişalı kənd daxili yolları yol qısa zaman ərzində çəkilib başa çatdırılıb. Qeyd edək, bu yol Azərbaycan Respublikası Nazirlər Kobinetinin “Kəndarası yolların təmiri” proqramı çərçivəsində Dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti və rayonun daxili imkanları hesabına çəkilib. Bela bir yolun tikilib əhalinin isdifadəsinə verilməsi qəsəbə sakinlərinin də ürəyincə olub. Onlar bununla bağlı ölkə prezidenti cənab İham Əliyevə və Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bundan əvvəl bu yol bərbad vəziyyətdə olub və məktəbli uşaqlar bu bərbad palçıqlı yolla məktəbə çətin vəziyyətdə gedib gəliblər. Daha sonra qeyd olunub ki, inşallah Cənab prezidentimizin və başçımızın rəhbərliyi ilə doğma Ağdamda belə yolların açılışı və əhalinin isdifadəsinə verilməsi inşallah həyata keçəcək. Sonda çəkilən yeni asvalt yol qəsəbə əhalisinin isdifadəsinə verilib və bildirilib ki, bundan sonrada rayonun digər kəndlərinin də daxili yollarının bərpası davam etdiriləcək.