Şriftin ölçüsü :

Saytın rəngi :

Çəmənli kənd uşaq bağçasında əsaslı təmirdən sonra son tamamlama işləri aparılır

04 avqust 2015 | 10:00

Ağdam rayonunun Çəmənli kəndində Uşaq Bağçasının əsaslı təmiri işləri davam etdirilir. Bir mərtəbəli binadan və yardımçı tikilidən ibarət olan 70 çarpayılıq uşaq bağçasında son tamamlama işləri aparılır. Uşaq bağçasının yeni tədris ilində isdifadəyə verilməsi gözlənilir. Rayonun daxili imkanları hesabına təmir olunan Uşaq Bağçası ötən əsrdən tikilən binada yerləşirdi. Artıq bu binanın isdifadə üçün yararsız olduğunu nəzərə alan rayon rəhbərliyi Uşaq Bağçasının yenidən əsaslı təmirinə göstəriş verib. Artıq bir neçə müddətdir binada ikinti və təmir işləri davam etdirilir. Təmirdən sonra burada həm çarpayıların sayı artırılacaq həmdə uşaqların daha da yaxsı isdirahəti üçün müasir avadanlıqıar quraşdırılacaqdır. Cəbhə bölgəsində yerləşən Çəmənli kəndində görülən bu iş bir daha onu gözdərir ki, bizim xalq heçdə düşməndən çəkinmir, əksinə hər keçən gün öz qüdrətini, öz qorxmazlığını bir daha nümayiş etdirir.                                                                                                                                                       

Keçidlər