Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda tikinti – quruculuq, abadlıq işləri davam etdirilir

04 avqust 2015 | 10:00

Ölkəmizin bütün yerlərində olduğu kimi Ağdam rayonunda da tikinti-quruculuq, abadlıq oşləri öz dinamik sürətilə davam etdirilir. Rayona gələn hər bir qonağın və rayon sakinlərinin rahatçılığını nəzərə alan rayon İcra Hakimiyyəti məhz bu məqsədlə rayona giriş hesab olunan İmamqulubəyli kəndi ərazisində Heydər Əliyev prospektində yolun kənarında Bulaq Kompleksini tikib əhalinin və rayona gələn hər bir qonağın isdifadəisnə verib. Bu görülən iş hər bir rayon sakinin ürəyincə olub. Məhz bu tikilib isdifadəyə verilən bu bulağın suyundan rayona daxil olan hər bir kəs böyük isdəklə isdifadə edir. Bundan savayı bulağın yerləşdiyi Heydər Əliyev Prospektinin işıqlandırılması üçün bütün prospekt boyu yeni işıqlandırma dirəkləri quraşdırılıb və gecələr sanki günüzdu kimi görünür. Bütün bu görülən işlər üçün rayon sakinləri ölkə prezidentinə və rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirilər.

Keçidlər