Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

30 iyul 2015 | 10:00

30 iyul 2015-ci  il tarixdə  rayonun Quzanlı  qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Rəşid Behbudovun 100 illik yubileyi ilə bağlı “Səni  Tərənnüm Edirəm Azərbaycanım” Musiqili ədəbi-bədii gecə tədbiri keçirilib. Tədbir Mədəniyyət və Turizm Naziriliyi Ağdam rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə təşkil edilib. Ağdam rayonunun simvoluna çevrilmiş “Çay evi”ndə təşkil edilmiş mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, rayonun mədəniyyət və incəsənət xadimləri və rayon sakinləri iştirak edib. Mərasimi giriş sözü ilə açan MKS-nin direktoru Sevda Hüseynova unudulmaz sənətkarın həyat yaradıcılığından geniş söhbət açıb. Bundan başqa Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon ziyalısı Hüseyn Bayramov çıxış edərək, görkəmli sənətkar haqqında öz fikirlərini söyləyiblər. Tədbir rayonunun “Şur” ansamblının kollektivi tərəfindən Rəşid Behbudovun repertuarından olan mahnıların ifası ilə davam edib.

Keçidlər