Ağdam rayonu Quzanlı qəsəbəsində yeni artezian quyusu isdifadəyə verilmişdir.
30 iyun 2015 ci ildə Ağdam rayonu quzanlı qəsəbəsində qəsəbə əhalisin içməli suya və suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə yeni artezian quyusunun təmirdən sonra açılışı olmuşdur. Açılışda rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, İdarə və müəssisə rəhbərləri, qəsəbə ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən ağsaqqallar, qəsəbə sakinləri artezian quyusun təmir etdirib əhalinin isdifadəsinə verdiyi üçün rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, son bir ildə rayonda suvarma və içməli suya olan tələbatı nəzərə alıb bir neça artezian quyusu qazılıb və təmir edilərək isdifadəyə verilmişdir. Bildirilmişdir ki, bütün bu kimi işlər əhalinin yaşayışına müsbət mənada təsir edir.